Bakıda faciə: ana və üç övladı öldü
Bakının Suraxanı rayonunda dəm qazı dörd nəfərin həyatına son qoyub. xeberinmerkezi.az oxu.az-a istinadən bildirir ki , hadisə rayonun Bülbülə qəsəbəsi Samir Əliyev küçəsində baş verib.
Bildirilir ki, ana və üç uşağı dəm qazından boğularaq ölüb. 1990-ci il təvəllüdlü Cəfərova Elmira Fərhad qızı və üç övladı - 2015-ci il Əsgərli Əli, Əsgərli Fatimə və Əsgərli Zəhra dəm qazından boğulublar.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.