Bakıda iki polisi bıçaqlayan şəxs məhv edildi
Bakıda Çevik Polis Alayının 2 əməkdaşı bıçaqlanıb.
Hadisə Səbail rayonunda qeydə alınıb. Ərazidə növbə çəkən Eldəniz və Coşqun adlı polis əməkdaşları (soyadları dəqiqləşdirilir – red.) bıçaqlanıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onların birinin ürək nahiyəsində, digərinin isə qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.
Hadisənin təfərrüatı araşdırılır.