Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bakıda mənzildə 4 meyit tapılıb - YENİLƏNİB

Bakıda mənzildə 4 nəfərin meyitinin tapılması ilə bağlı bəzi detallar məlum olub.

Xeberinmerkezi.az xəbər verir ki, meyitlər Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsində yerləşən yataqxana tipli 4 mərtəbəli binanın 1-ci mərtəbəsində mənzildə aşkarlanıb.

Bildirilir ki, orta yaşlı şəxslər rayonlardan Bakıya işləməyə gəliblər. Onlar paytaxtda yerləşən bazarlardan birində fəhlə kimi çalışırmışlar.

Onların bir neçə gün əvvəl öldüyü qeyd olunur.

Meyitlər mənzildən çıxarılıb və ekspertizaya göndərilib.

Araşdırma aparılır. Ölüm səbəbi və ölənlərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə