Bakıda “IV İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri mediasında işıqlandırılması” mövzusunda “dəyirmi masa” təşkil edilib
25-05-2017 | 11:55

Mayın 25-də Beynəlxalq Mətbuat Mərkəzində “IV İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri mediasında işıqlandırılması” mövzusunda “dəyirmi masa” keçirilir.
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbiri “İrşad” Dini Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyev açaraq ölkəmizin son illər beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etdiyini söyləyib. O vurğulayıb ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da öz möhtəşəmliyi ilə seçilib. Bu Oyunlar bütün İslam ölkələrinin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Sonra çıxış edən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov IV İslam Həmrəyliyi Oyunlarının müvəffəqiyyətlə keçirildiyini qeyd edib. O deyib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın böyük əməyi sayəsində İslamiada ən yüksək səviyyədə təşkil olundu. Bunu bütün İslam ölkələrinin KİV-lərində yayılan informasiyalarda da açıq aydın görmək olar.
Mayın 25-də Beynəlxalq Mətbuat Mərkəzində “IV İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri mediasında işıqlandırılması” mövzusunda “dəyirmi masa” keçirilir.