Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Balakəndə ailə üzvlərinə odlu silahdan atəş açan şəxs saxlanılıb

         

    Dekabrın 18-də saat 20 radələrində Balakən rayonunun Yeni Şərif kəndində yaşayan M.Bağmanovun odlu silahla 4 nəfərə xəsarət yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyindən verilən məlumat görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. M.Bağmanovun evində ov tüfəngindən açdığı atəşlə oğluna, qızına, azyaşlı nəvəsinə və orada qonaq olan qonşusuna xəsarət yetirdiyi müəyyən edilib.

    M.Bağmanovun oğlu və qızı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

    Görülmüş tədbirlərlə adam öldürməyə cəhd etməkdə şübhəli bilinən M.Bağmanov saxlanılıb, ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngi götürülüb.

    Araşdırma aparılır.

    Xəbərə yorum yaz
    Captcha image
    Show another codeKodu yenilə