Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Baş həkimdən rüsvayçılıq: Suç üstə yaxalandı - Foto

Şamaxı rayon Mərkəzi Xəstaxanasının baş həkimi Səməd Fətəliyev xəstəxananın həyətində qanunsuz olaraq ağac kəsdirdiyi üçün cərimələnib.

Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. İ.İbrahimova bildirib ki, xəstəxananın həyətindəki ağac kəsintisi ilə bağlı toplanmış materiallar artıq prokurorluğa göndərilib.

Nazirlik sözçüsü bildirib ki, fakt ETSN və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd zamanı aşkar edilib.

İ.İbrahimova qeyd edib ki, Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı QAZ-52 markalı 06 BC 908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması faktı aşkar olunub.

Araşdırma zamanı ağacların Şamaxı rayon Mərkəzi Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Sözügedən əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaş köküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırılıldığı faktı aşkar olunub. Təbiətə 3000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon Mərkəzi Xəstaxanasının baş həkimi Səməd Fətəliyev barəsində akt tərtib olunub.

Dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Şamaxı rayon Prokurorluğuna göndərilib.

Qeyd edək ki, redaksiyaya daxil olan məlumatda baş həkimin xəstəxana ərazisinə göz dikdiyi üçün ağacları kəsdirdiyi və yandırdığı, kəsdirdiyi ağacları isə evinə daşıtdırmaq istərkən yaxalandığı bildirilir.

Səməd Bəşarətdin oğlu Fətəliyev baş həkim vəzifəsinə bu ilin may ayında təyin edilib. Ona qədər xəstəxananın Reanimasiya şöbəsinin reanimatoloqu olub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə