24-27 aprel 2017-ci il tarixlərində 1 nömrəli Uşaq Gənclər İdman Məktəbində 2003-2005-ci il təvəllüdlü qızlar arasında şəhər birinciliyi keçirilmişdir. Birincilikdə şəhərin 7 komandasından 84 basketbolçusu mübarizə aparmışdır. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda 1 nömrəli Uşaq Gənclər İdman Məktəbinin – I komandası bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
1 nömrəli Uşaq Gənclər İdman Məktəbinin – II komandası gümüş, 28 nömrəli tam orta məktəbin komandası isə bürünc medalla layiq görülmüşlər.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı, kubok və hədiyyələri ilə təltif olumuşdur.