Bayden və Conson Atlantik Xartiyasını imzaladı
Böyük Britaniya Baş naziri Boris Conson və ABŞ Prezidenti Co Bayden tərəflərin daha dinc və firavan bir gələcək baxışını ortaya qoyan yeni Atlantik Xartiyasını imzalayıblar.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin dəftərxanası məlumat yayıb.
Sözügedən sənəd 8 bənddən ibarətdir.
Məlumatda qeyd olunub ki, yeni sənəd 1941-ci ildə Böyük Britaniyanın baş naziri Uinston Çörçill və ABŞ Prezidenti Franklin Ruzvelt tərəfindən imzalanmış Atlantik Xartiyasının əsasında hazırlanıb.