Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bayramovla Mirzoyana sülhlə bağlı təlimat verildi


Azərbaycan və Ermənistan XİN başçılarına sülh sazişi işlərinin tez zamanda yekunlaşdırılması təlimatı verilib.

Bu barədə Rusiyanın Kazan şəhərində keçirilən XVI BRİKS Sammiti əsnasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələrinə dair Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, görüşdə iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə