İran və onun nüvə proqramı Vyana danışıqlarının nəticəsindən asılı olmayaraq, İsrail üçün ən böyük təhlükədir. Bu bəyanatla İsrailin baş naziri Naftali Bennet çıxış edib.
"İsrail dövləti üçün ən böyük təhlükə İrandır. İranın nüvə proqramı İsrail hökumətinin məsuliyyət zonasındadır və biz, təbii ki, Vyana danışıqlarına nəzarət edirik. İsrail istənilən halda fəaliyyət azadlığını qoruyub saxlayacaq”, - Bennet vurğulayıb.
"Razılaşmanın sabitlik səviyyəsini artıracağına inananlar yanılır. Bu, uranın zənginləşdirilməsini müvəqqəti olaraq ləngidir, lakin region ölkələrinə baha başa gələcək", - İsrailin baş naziri deyib.
Bennet əlavə edib ki, İsrail "hazırda çatışmazlıqları düzəldir, hətta illər və onilliklər üçün hərbi güc qurur".