Biabırçı nəticə sosial partlayışa səbəb olacaq - Rusiya
Rusiyadakı yoxsulluq səviyyəsi sosial partlayışa gətirib çıxara bilər.
, Bu sözləri Rusiyanın Hesablama Palatasının rəhbəri Aleksey Kudrin deyib.
“Əlbəttə, narahatam. Son illərdə vətəndaşlarımızın həyat səviyyəsi aşağı düşüb. İndi 12.5 milyon insan yoxsulluq həddində yaşayır”, - Kudrin bildirib.
Onun sözlərinə görə, Rusiyada yoxsulluq səviyyəsi biabırçı həddədir.
“Dövlətin iqtisadiyyatda payı artır, rəqabət və şəxsi təşəbbüslər azalır. Bu geriləmədir”, - Kudrin qeyd edib.