Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

BMT-də Fələstinlə bağlı mühüm qərar



BMT Baş Assambleyası Fələstinin qurumun tamhüquqlu üzvü olmaq istəyini dəstəkləməyə hazırlaşır.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, bu gün səsverməyə çıxarılacaq qətnamə layihəsi fələstinlilərə 2024-cü ilin sentyabrından BMT üzvləri arasında iclas zalında yer kimi əlavə hüquqlar və imtiyazlar verəcək.

Bildirilib ki, BMT-nin tamhüquqlu üzvü olmaq üçün ərizə əvvəlcə Təhlükəsizlik Şurası, sonra isə Baş Assambleya tərəfindən təsdiqlənməlidir.

Bu səsvermə fələstinlilərə qlobal dəstək rolunu oynayacaq.

BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib.

Baş Assambleya Fələstinin təşkilata üzvlüyünün TŞ-də yenidən müzakirə olunmasını və ona bəzi əlavə hüquqlar verilməsini tələb edən qətnamə layihəsini təsdiqləyib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə