Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

BMT-nin Baş katibi Kabildəki partlayışlardan narahatlığını ifadə etdi

BMT-nin Baş katibi Antoniu Quterreş Kabildəki partlayışlardan narahatlığını ifadə edib. Rusiya KİV-lərinin yaydığı məlumata görə, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Baş katib rəhbəri olduğu təşkilatın əfqan xalqına kömək etməyə hazır olduğunu bəyan edib.

"BMT Baş katibi vəziyyəti narahatlıqla izləyir. O, dinc əhalinin ölümünə səbəb olan bu terror hücumlarını qınayır və qurbanların ailələrinə başsağlığı verir. Bu hadisə Əfqanıstandakı qeyri-sabit vəziyyətə şahidlik edir və bu, xalqa yardım göstərmək əzmimizi gücləndirir", - Dujarrik deyib.

Baş katibin sözçüsü həmçinin bildirib ki, Kabil hava limanı ərazisində baş verən partlayış zamanı BMT əməkdaşları da orda olub, lakin onlardan heç kim xəsarət almayıb.

Xatırladaq ki, bu gün Kabil hava limanı yaxınlığında baş verən partlayışlar zamanı 15 nəfər ölüb, 70-ə yaxın insan yaralanıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə