Britaniya Rusiyanı bir nömrəli düşmən adlandırdı
Rusiya bir nömrəli təhlükə kəsb edən düşməndir.
Xeberinmerkezi.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
O, Rusiya gəmilərinin Birləşmiş Krallıq sahillərinə yaxın ərazilərdə aktivləşməsindən narahatlığını ifadə edib.
Nazir qeyd edib ki, Britaniya deeskalasiya və digər metodları təcrübədən keçirib:
“Ancaq hələlik Rusiyanın münasibətinin dəyişmədiyi indiki reallıqda proseslərin hansı istiqamətdə getdiyini anlamaq çətindir”.