Sloveniya koronavirus epidemiyası üzərində qələbə çaldığını elan edib.
Xeberinmerkezi.az "Röyter”ə istinadən bildirir ki, bunu ölkənin Baş Naziri Yanez Yanşa deyib.
" Sloveniya son iki ayda epidemiyanı aradan qaldırıb ... Bu gün bütün Avropada ən yaxşı epidemioloji mənzərəyə malikik" deyə Baş Nazir bəyan edib.
O, əlavə edib ki, hökumət bəzi ehtiyat tədbirlərini ləğv edəcək: məsələn, cari ay qurtaran kimi vətəndaşlara və müəssisələrə maddi yardım göstərməyi dayandıracaq. Sloveniyaya gələn digər Avropa İttifaqı ölkələrinin sakinləri artıq karantinə əməl etməli olmayacaqlar. Ancaq bu tələb digər ölkələrin vətəndaşlarına şamil ediləcək.
Bununla belə, hökumət sosial məsafə saxlamaqda və ictimai yerlərdə maska taxmaqda israr edir. Kütləvi tədbirlər də qadağandır. Hökümət qeyd edir ki, karantin tədbirləri azı 14 gün qüvvədə qalacaq.
Sloveniyada epidemiya başlayandan bəri 1465 yoluxma faktı qeydə alınıb, 103 nəfər dünyasını dəyişib.