Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bu müəllimlərin əmək haqqı necə artırılacaq?



Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faiz artır.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib.

“Bizə edilən yüzlərlə müraciətlər təsdiq edir ki, sertifikasiya imtahan nəticələrinə uyğun əmək haqqı artım mexanizminin təkmilləşdirilməsi vacibdir. Təhsilverənin bilik və bacarıqlarının qiymətləndirməsi imtahan və müsahibə olmaqla iki mərhələdə həyata keçirildiyi üçün əmək haqqı artım faizlərinin də tam olaraq yekun nəticəyə əsasən müəyyənləşdirilməsinə ehtiyac var”, - məlumatda deyilir.

Millət vəkili qeyd edib ki, sertifikasiya qiymətləndirilməsi qaydalarına əsasən, sertifikasiyanın birinci mərhələsini keçmiş müəllim müsahibə mərhələsində 40 mümkün balın yarısını topladığı halda uğur qazanmış hesab olunur. Bu o deməkdir ki, sertifikasiya qiymətləndirməsində iştirak edən müəllimin yekunda maksimum 100.0 bal toplamaq imkanı var. Bu baxımdan da əmək haqqı artım faizlərinin məhz həmin 100 ballıq sistem üzrə aparılması vacibdir. Bu halda 50 bal yığanların da 35 faizlik əmək haqqı artımından istifadə etmək imkanı ilə yanaşı, 40 baldan çox nəticəsi olanların da əməyinin daha yüksək maaş artımları ilə qiymətləndirilməsi mümkün ola bilər.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə