Bəhram Bağırzadənin səhhəti ilə bağlı son durum
Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyəti orta ağırdır.
Bunu yerli KİV-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib. O bildirib ki, əməkdar artistin huşu aydındır:
"Son 1 həftə ərzində artıq spontan tənəffüsdədir. Fəaldır, ayağa qalxa bilir. Palata və reanimasiya şöbəsinin dəhlizində yeriyir, telefondan istifadə edir. Bununla belə dünən axşamdan bəri bədən hərarətinin yüksəlməsi müşahidə edilir. Bunu nəzərə alaraq aparılan müalicəyə müəyyən əlavələr edilib".