Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bərdədə 10-a yaxın obyektin ziyan gördüyü güclü yanğın söndürüldü 


Bərdədə çay evində başlayan yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Yanğından Mühafizə Xidməti əməkdaşlarının səyi nəticəsində yanğının qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

19:55

Bərdədə Çay sahili küçəsində güclü yanğın baş verib.

Hazırda davam edən yanğın nəticəsində 10-a yaxın obyekt yanıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. 

Yanğının çay evindən başladığı bildirilir.

Hadisə yerinə rayon icra hakimiyyəti başçısı Vidadi İsayev də gəlib.


Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə