Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

CAR-da iğtişaşlar davam edir: ölənlərin sayı 200-ü keçdi

Cənubi Afrika Respublikasının (CAR) Kvazulu-Natal və Qautenq əyalətlərində iyulun 8-dən davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 212 nəfərə çatıb.

Xeberinmerkezi.az xəbər verir ki, SABC News telekanalının dövlət rəsmilərinə istinadla yaydığı məlumata görə, Qautenq əyalətində 32 nəfər ölüb, ümumilikdə 862 nəfər saxlanılıb. Kvazulu-Natal əyalətində isə 180 nəfər iğtişaşların qurbanı olub, 1692 nəfər həbs edilib.

Hər iki əyalətdə vəziyyətin artıq normallaşmağa başladığı bildirilir.

Xatırladaq ki, ötən həftə Kvazulu-Natal əyalətindən olan ölkənin sabiq prezidenti Ceykob Zumanın həbsdən azad edilməsi tələbi ilə etiraz aksiyaları başlayıb. Etirazçılar mağazaları, anbarları, yanacaqdoldurma məntəqələrini və ofisləri qarət ediblər. İğtişaşlar sonradan qonşu Qautenq əyalətinə də yayılıb. İğtişaşların baş verdiyı regiona qoşun hissələri yeridilib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə