Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Çarukyan həbs edilir: Parlament önündə aksiya başladı

Ermənistan parlamentində Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyanın toxunulmazlığının ləğv edilməsi və məsuliyyətə cəlb olunması ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Xeberinmerkezi.az xəbər verir ki, məsələ ilə əlaqədar parlamentə Baş prokuror Artur Davtyan müraciət edib.

Qeyd edək ki, ötən gün Milli Təhlükəsizlik Xidməti Çiçəklənən Ermənistan Partiyasının bütün ofislərində araşdırmaya başlayıb. Eyni zamanda, partiyanın sədri MTX-yə aparılaraq, istintaqa cəlb edilib. Onun qanunsuz kazino və digər fəaliyyətindən dolayı dövlət büdcəsinə 30 milyard dram (təxminən 62 milyon dollar) ziyan vurduğu bildirilib. Eyni zamanda Çarukyan 2017-ci il seçkisi zamanı seçicilərin səsini pulla almaqda ittiham edilir.

Olayla bağlı ötən gündən Çiçəklənən Ermənistan Partiyasının tərəfdarları aksiyaya başlayıb. Polisin müdaxiləsi ilə aksiya iştirakçıları arasında xəsarət alanlar var.

Hazırda da parlamentin önündə aksiya davam edir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə