Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Çempionlar Liqası: “Qarabağ” “Linkoln”u qəbul edir


Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

Xeberinmerkezi.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” cavab oyununa çıxacaq.

Ağdam təmsilçisi Cəbəllüttariq çempionu “Linkoln”la münasibətlərinə aydınlıq gətirəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək.

Bu komandalar arasında Cəbəllüttariqdə baş tutmuş ilk oyunda “Qarabağ” 1:2 hesablı qələbə qazanıb.

Cütün qalibi II təsnifat mərhələsində Polşanın “Rakuv” klubu ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunu

20:00. “Qarabağ” (Azərbaycan) - “Linkoln” (Cəbəllüttariq)

Baş hakim: Eldorjan Hamiti (Albaniya)

Bakı Olimpiya Stadionu

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə