Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Cənubi Qafqazda vəziyyət yenə gərginləşir

Şərti sərhədin Ermənistan ərazisində AB missiyasının yerləşdirilməsi Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olur.

Xeberinmerkezi.az xəbər verir ki, bunu Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşdə deyib.

Baş Qərargah rəisi şərti sərhədin Ermənistan ərazisində Avropa Birliyinin müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə