Dieqo Maradona oyun zamanı narkotik maddə qəbul etdi?
Futbol üzrə Argentina çempionatının 20-ci turunda “Ximnasiya” klubunun baş məşqçisi Dieqo Maradona naməlum maddə qəbul edib.
“Xsport” xəbər verir ki, görüş zamanı köməkçilərindən biri baş məşqçiyə həblər verib. Bundan sonra isə bütün köməkçiləri onu kameralardan gizlətməyə çalışıb.
Qeyd edək ki, futbol tarixinin əfsanəsi dəfələrlə narkotik maddələrdən istifadə etdiyini deyib.