Diplomatik korpusun 70-ə yaxın nümayəndəsi Ağdama səfər edib
27-02-2019 | 16:38

Bölgələrin sosial-iqtisadi inkişafı, turizm potensialı, turizm-xidmət sahələrinin müasir vəziyyəti ilə yaxından tanış olmaq məqsədilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ağdam rayonunda səfərdədirlər. Səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-ə yaxın nümayəndəsi iştirak edir. “Bayraq Muzeyi”ndə olan diplomatik korpusların nümayəndələri günün sonunadək rayonun cəbhə kəndlərinə də baş çəkəcəklər. Sabah isə səfirlərin Naftalan şəhərinin turizm potensialı ilə yaxından tanışlığı nəzərdə tutulur.
Bölgələrin sosial-iqtisadi inkişafı, turizm potensialı, turizm-xidmət sahələrinin müasir vəziyyəti ilə yaxından tanış olmaq məqsədilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ağdam rayonunda səfərdədirlər.