Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Donbasa hücum planı hazırdır - Jirinovski

Ukrayna ərazisində hərbi gərginlik planı artıq 5 ildir var. Orada hər şey detallı yazılıb. Ehtimal olunur ki, Ukrayna Donbasa hücum edəcək və “respublikalar” da müdafiə olunacaq.

Xeberinmerkezi.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.

"Hətta o vaxtı əməliyyatın bitmə tarixini də simvolik olaraq 22 iyun 2016-cı ilə təyin etmişdilər. Onlar unudurlar ki, 22 iyundan sonra 9 may oldu. Təbii ki, Kiyev “dxr” və “lxr” (fərqəndirmə bizimdir - red.) ərazisinə girə bilməz. Amma böyük itklər hesabına provokasiyalar olacaq”, - Jirinovski bildirib.

O, 2016-cı ildə planın ABŞ-da prezident seçkilərinə görə təxirə salındığını deyib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə