Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
Dəmirəlin oğlu koronavirusdan vəfat etdi
Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin mənəvi oğlu Əli Çətin Şənər koronavirusdan vəfat edib.

Xeberinmerkezi.az xəbər verir ki, Əli Çətin Şənər mərhum prezidentin xanımı Nəzmiyyə Dəmirəlin qardaşıdır, 8 yaşından Süleyman Dəmirəlin evində yaşayıb.

Bu barədə Doğru Yol Partiyasının üzvü Mühsin Alnıaçık məlumat verib. O deyib ki, övladları olmadığı üçün 8 yaşından Dəmirəlin evində böyüyən, evlənəndə belə Dəmirəl ailəsi ilə daim yaxın ünsiyyət saxlayan, hər gün birgə yemək yeyən və Dəmirəlin hesab-kitabı kimi məsələləri etibar olunan Əli Çətin Şənər vəfat edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə