Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Hacı Orucov: "Heydər Əliyev Müasir Azərbaycanın qurucusu, banisi və xilaskarıdır"

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu, banisi görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu və ölkədə 2023-cü ilin Heydər Əliyev İli elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərancam imzalamışdır. Artıq bir neçə gündən sonra milli liderimizin 101 yaşının tamam olmasını respublikada və onun hududlarından kənarda da təntənə ilə qeyd edəcəyik. Ən başlıcası isə, torpaqlarımızın uzun illərdən sonra erməni işğalından azad olunduğu bir şəraitdə qeyd edəcəyik. Hansı ki torpaqlarımızın işğaldan azad olunmasını Prezident İlham Əliyevə hələ sağlığında Ulu Öndər vəsiyyət edibmiş. Dövlət başçısının ATA Vəsiyətini və xalqımızın arzu və istəyini yerinə yetirməsi təbii ki, məhz dahi şəxsiyyətin başlatdığı yolun ən layiqli davamçısının uğurla davam etdirməsinin ən bariz nümunəsidir.

Bakı şəhəri 3 saylı notariat ofisinin notariusu Hacı Orucov


Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə