Ötən gün yolum keçmiş Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonuna düşmüşdü.Qeyd edim ki, sözügedən sərgi salonu “Qalereya-1969” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyyət göstərir. Hazırda “Qalereya-1969”-un direktoru, Əməkdar mədəniyyət işçisi rəssam Elçin Orucovdur.
Elçin Orucov 25 noyabr 1969-cu ildə Bakıda anadan olmuşdur. 1988-ci ildə Ə.Əzimzadə adına adına Dövlət Rəssamlıq Məktəbini 1996-cı ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsini bitirimişdir. 2000-ci ildə Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunun direktoru vəzifəsinə təyin edilmişdir. Elçin müəllim 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqınında üzvüdür. Rəssamın fəaliyyətinə ən yüksək qiymət məhz dövlət başçısı tərəfindən verilmiştir. Belə ki, Elçin Orucov Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezdentinin 9 may 2012-ci il tarixli sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür. Hal-hazırda Elçin Orucov "Qalereya-1969" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi milli təsviri sənətimizin təbliği ilə məşğul olur.
Yeri gəlmişkən, bu gün Elçin müəllimin doğum günüdür. Onu və yaxınlarını bu münasibətlə təbrik edir və işlərində uğurlar arzulayırıq.