Erməni idmançı Soçidə əski parçasını qaldırıb
Qarabağdan olan erməni idmançı Lana Aqasyan Azərbaycana qarşı təxribatçı hərəkət edib.
xeberin merkezi az Konkret.az-a istinadən xəbər verir ki, Soçidə keçirilən rəqs çempionatında birinci yeri tutan erməni idmançı keçmiş və qondarma “artsax”ın əski parçasını qaldırıb.
Erməni idmançı və onun məşqçiləri müxtəlif ölkələrdən 1000-dən çox idmançının iştirak etdiyi beynəlxalq çempionatda separatçı “artsax”ın “bayrağını” qaldırmaqdan şərəf duyduqlarını bildiriblər.