Erməni müxalifəti də sabaha mitinq təyin etdi
Ermənistanın Vətənin Xilası hərəkatı növbəti mitinqini 1 mart, saat 18:00-a təyin edib.
Xeberinmerkezi.az xəbər verir ki, mitinqin yenə Baqramyan prospektində keçirilməsi nəzərdə tutulur.
Hərəkat rəhbərləti vətəndaşları mitinqdə aktiv olmağa və bir nəfərin (Nikol Paşinyan – red.) hakimiyyəti qəsb etməsinə dözüm göstərməməyə çağırıb.
Qeyd edək ki, sabah saat 18:30-da Paşinyan da mitinq keçirəcəyini elan edib.