Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Erməni türk idmançını rinqdə boğub öldürmək istədi

Rusiyada keçirilən qaydasız döyüş üzrə yarışda erməni idmançı Rafael Abrahamyan türkiyəli rəqibi Batuxan Akdumanı boğaraq öldürmək istəyib.

Döyüş zamanı erməni idmançı türk rəqibinin boğazını sıxıb. Batuxan təslim olması işarəsi versə də, erməni idmançı öz niyyətindən əl çəkməyib. Hətta hakim də idmançıları ayırmaq istəyib. Nəticədə Batuxanın halı pisləşib və özündən gedib.

Bir çox idman şərhçlərinin sözlərinə görə, erməni idmançının niyyəti türkiyəli rəqibini öldürmək olub.

Qeyd edək ki, Batuxan Akduman MMA Federasiyasının 6-cı səviyyə döyüşçüsüdür. 24 yaşı və 65 kq çəkiyə sahib olan Batuxan peşəkar rinqdə indiyə qədər 5 döyüş keçirib ki, onların da yalnız 1-də qalib gələ bilib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə