Ermənistanda qəzet redaksiyasına basqın edildi
Dekabrın 19-na keçən gecə naməlum şəxslər Ermənistanın “Joxovurd” (Xalq) qəzetinin redaksiyasına basqın ediblər.
TASS xəbər verir ki, bu barədə nəşrin baş redaktoru Knar Manukyan danışıb.
“Burada hər şeyi alt-üst ediblər, mənim kabinetimdə xaos hökm sürür. Mənə elə gəlir ki, naməlum şəxslər nəsə axtarıblar.
Bunun nə olduğunu deyə bilmərəm, lakin bu qarət cəhdi deyil, çünki bütün qiymətli əşyalar yerindədir”, - Manukyan bildirib.