Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Eynulla Fətullayev Rusiya Jurnalistlər İttifaqının Forumunda

Soçidə "Bütün Rusiya-2018" Müasir Jurnalistika Forumu keçirilir. Forum bu gün başlayıb və oktyabrın 12-dək davam edəcək.

Virtualaz.org-un məlumatına görə, Rusiya Jurnalistlər İttifaqı tərəfindən təşkil edilən tədbirdə qonşu ölkənin bütün regionlarından jurnalistlər, həmçinin xarici qonaqlar iştirak edirlər.

Burada məruzəçi və ekspert kimi ən nüfuzlu siyasətçilər, alimlər, mədəniyyət xadimləri, Rusiya Federasiyası hakimiyyət orqanlarının nümayəndələri, Beynəlxalq Jurnalistlər Federasiyasının və digər beynəlxalq təşkilatların təmsilçiləri çıxış edirlər.

Forumun proqramına aktual mövzular üzrə müzakirələr, yeni KİV-layihələrin təqdimatı, aparıcı publisistlərin və media menecerlərinin ustad dərsləri və dəyirmi masalar daxildir.

Forumun məqsədi peşəkar əxlaq prinsiplərinə əsaslanan dürüst və məsuliyyətli jurnalistika mədəniyyətinin formalaşmasına kömək etməkdir. Jurnalistlərə təlimlərin keçiriləcəyi Forum biliklər və təcrübə mübadiləsi, müasir jurnalistikanın problemlərinin üzə çıxarılması və həlli üçün meydança olacaq.

Forumun işində haqqin.az və virtualaz.org informasiya-analitik portallarının baş redaktoru Eynulla Fatullayev də iştirak edir. O, tədbirə xüsusi qonaq kimi dəvət olunub. Foruma onunla bərabər Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat katibi Elnur Sultanov da qatılıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə