Fransa ordusunun baş qərargah rəisi istefa verir
Fransa Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Fransua Lekuantr vəzifəsindən istefa verir.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə general açıqlamasında deyib.
“İstefa verməyə qərar verdim. İstəyim budur”, - general bildirib.
Lekuantr iyulun 14-də Fransanın milli bayramından sonra istefa verəcəyini deyib.
Qeyd edək ki, Fransua Lekuantr 2017-ci ildə Fransa Silahlı qüvvələrinin Baş qərargah rəisi vəzifəsini icra edir.