Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Fransada dəhşətli yanğınlar: 3000 nəfər təxliyə olundu



Fransanın cənubundakı Mərkəzi Pireney bölgəsində baş verən yanğın 500 hektar meşə sahəsinə ziyan vurub.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Məlumata görə, avqustun 14-də bölgədəki Sen-Andre, Sorede və Argel-sür-Mer yaşayış məntəqələrində başlayan yanğın ancaq səhər saatlarında nəzarət altına alınıb. Bölgəyə gələn 650 yanğınsöndürənlə yanaşı, çoxlu sayıda təyyarələr də yanğına müdaxilə edib.

Bildirilib ki, yanğın səbəbilə 3000 nəfər təxliyə edilib, 50-dən çox insan alov və tüstüdən zərər çəkib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə