Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Fransanın neokolonializminə qarşı çıxanları susdurmaq cəhdi insan haqlarının pozulmasıdır 

Siyasi fəal və jurnalist Kemi Sebanın Fransanın müstəmləkə siyasətinə qarşı fəal mübarizəsi ilə tanınan bir şəxs olaraq həbsi, bu ölkənin beynəlxalq arenada təbliğ etdiyi demokratik dəyərlərin reallıqda onun hərəkətləri ilə ziddiyyət təşkil etdiyini göstərən növbəti nümunə oldu. Seba illərdir ki, Afrikadakı ölkələrin Fransanın neokolonial təsirindən azad olması uğrunda mübarizə aparır və qitənin resurslarının davam edən istismarını tənqid edirdi. Məhz bu siyasi baxışlarına görə o, repressiyalara məruz qalıb.

Kemi Seba “dövlət qaydalarının pozulmasına yönəlmiş ictimai bəyanatlar” ittihamı ilə həbs olunub. Lakin onun tərəfdarları və insan haqları təşkilatları bildirirlər ki, bu, onun Fransanın Afrikadakı xarici siyasətini tənqid etməsi ilə bağlı olan siyasi motivli təqibdir. Fransanın ört-basdır etməyə çalışdığı problemlərdən danışmağa cəsarət edən fəalın həbsi göstərir ki, söz azadlığı yalnız hakimiyyətin maraqlarına toxunmadığı müddətcə mövcuddur.

Bu sözləri m

tbuata açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

O bildirib ki, Kemi Sebanın həbsi - Fransanın neokolonializminə qarşı çıxan səsləri zorakı metodlarla susdurmağa cəhd etdiyi bir vəziyyətdə insan haqlarının kobud şəkildə pozulmasıdır. Seba yalnız jurnalist deyil, o, müstəmləkə istismarının nəticələrindən əziyyət çəkməyə davam edən Afrika xalqlarının müqavimət simvoludur. Onun həbsi, insan haqları, demokratiya və azadlıq uğrunda mübarizə apardığını iddia edən Fransanın neokolonial siyasətinə qarşı çıxanlarla bağlı repressiv tədbirlər gördüyünü təsdiqləyən ikili standartları bir daha ortaya qoyur. Fransa müstəmləkə keçmişindən imtina etdiyini bildirməsinə baxmayaraq, öz keçmiş müstəmləkələri üzərində iqtisadi və siyasi təsirini davam etdirir. Bir çoxlarının neokolonializm adlandırdığı bu sistem, Afrika ölkələrinin Fransadan asılılığını qoruyub saxlayır. Qitənin resurslarının istismarı, siyasi proseslərə nəzarət və iqtisadi istismar bu siyasətin əsas vasitələri olaraq qalır.

Deputat qeyd edib ki, Kemi Sebanın həbsi Fransanın Afrikada təsirini saxlamaq üçün hər cür tədbir görməyə, o cümlədən onun siyasətini şübhə altına alan fəallara qarşı repressiya tədbirlərinə əl atmağa hazır olduğunu nümayiş etdirir. Azad fikrin və tənqidin boğulması, demokratik dövlətə deyil, hər vəchlə nəzarəti saxlamağa çalışan müstəmləkə imperiyasına xas olan bir taktikadır. Fransa beynəlxalq arenada özünü demokratik dəyərlərin və insan haqlarının müdafiəçisi kimi təqdim etsə də, Kemi Sebanın həbsi kimi insidentlər bunun əksini nümayiş etdirir. Söz azadlığı və fikir ifadə etmək hüququ insan haqlarının əsas prinsipləridir və Fransa yalnız bu hüquqları öz siyasətinə və maraqlarına toxunmadığı müddətcə müdafiə etməyə hazırdır.

“Bu hadisə Qərb demokratiyalarının siyasətindəki ikili standartların mövcudluğunu bir daha təsdiqləyir. Narahatedici həqiqət üzə çıxanda demokratiya nəzarət və təzyiq vasitəsinə çevrilir. Kemi Seba kimi siyasi fəallara qarşı repressiyalar, Fransanın elan etdiyi azadlıq və bərabərlik ideallarına olan inamı sarsıdır və onu beynəlxalq ictimaiyyətin gözündə demokratiyanı yalnız öz maraqlarına uyğun istifadə edən bir güc kimi təqdim edir.

Kemi Sebanın həbsi, fikir azadlığı və demokratik dəyərlərə inanan hər kəs üçün xəbərdarlıq siqnalıdır. Bu, özlərini azadlığın müdafiəçiləri kimi göstərən beynəlxalq güclərin, əslində, siyasi məqsədləri üçün söz azadlığına qarşı çıxdığını nümayiş etdirir. Bu hadisə təkcə Fransanın neokolonial siyasətinə qarşı tənqidləri gücləndirmir, həm də repressiyaya və nəzarətə haqq qazandırmaq üçün “demokratiya” anlayışının necə alətə çevrildiyini sual altında qoyur”, - deyə S. Fətəliyeva diqqətə çatdırıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə