Fuad Abbasov aclıq aksiyasını dayandırdı
"Həkimlər məsləhət görürlər ki, dayandırım..."
Hazırda Moskvada həbsdə olan jurnalist Fuad Abbasov yeni müraciət yayıb.
Xeberinmerkezi.az Yerli mətbuata istinadən xəbər verir ki, jurnalist 12 gündən etibarən davam etdiyi aclıq aksiyasına son verməyi qərara alıb. Jurnalist bunun səbəblərini belə açıqlayıb: "Bunun başlıca səbəbi ürək qan-damar sistemində meydana gələn problemlərdir. Həm saxlanıldığım mərkəzin həkimləri, həm də təcili yardım xidmətinin həkimləri məsləhət görürlər ki aclıq aksiyasını saxlayım. Amma təəssüflə bildirmək istəyirəm ki, aclıq aksiyasının səbəbi olan mənim tutulmağım, məhkəmə prosesinin qeyri-qanuni keçirilməsi, deportasiya üçün aparıldığım hava limanindan geri qaytarılmağım və burada 12 gündən artıq saxlanılmağımın səbəblərini indiyə kimi mənə heç kim açıqlamayıb. Ümid edirəm ki, yaxın zamanda bu problem həll olunacaq və mən rahat bir şəkildə vətənimiz Azərbaycana qayıda biləcəm. Sag olun, salamat qalın".