Gerasimov Nəcməddin Sadıkovla danışıqlarda
Bakıda səfərdə olan Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycan Müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi Nəcməddin Sadıkovla görüşüb.
Xeberinmerkezi.az xəbər verir ki, görüşdə beynəlxalq və regional təhlükəsizlik problemləri, həmçinin, ikitərəfli hərbi-texniki əməkdaşlığın aktual məsələləri müzakirə edilib.
O cümlədən, Xəzər dənizində müdafiə nazirlikləri arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.