Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Görürdən Ərdoğana çağırış: Bunu etmək olmaz!

Zəlzələnin baş verdiyi zonada mikro-zona işləri həyata keçirilmədən yaşayış sahələri üçün ərazi seçilməməli və tikinti başladılmamalıdır.

Bu barədə türk seysmoloq Naci Görür sosial şəbəkə səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətində yazıb.

“Televiziyadan eşitdim. Cənab Prezident zəlzələ bölgəsində daimi mənzillərin tez bir zamanda tikintisinin başlayacağını bildirib. Humanitar baxımdan əlbəttə ki, bu mövqeyi anlayıram. Lakin acizanə bir tövsiyəm var. Zəlzələnin baş verdiyi zonada mikro-zona işləri həyata keçirilmədən yaşayış sahələri üçün ərazi seçilməməli və tikinti başladılmamalıdır. İnşallah, bu dəfə səsimi lazımi şəxslərə çatdıra bilərəm”, - deyə N.Görür bildirib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə