Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Helikopter qəzası şəhidlərinin sabah dəfn olunacağı gözlənilir

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindədir. Həlak olanların ailələri, yaxınları birliyin qarşısında gözləyirlər. virtualaz.org-un xəbərinə görə, nəşlər ailələrinə təhvil verilməyib. Amma dəfnin sabah olacağı gözlənilir.

Mayor Emil Mailovun dostları da birliyin qarşısına toplaşaraq gözləyənlərin arasındadırlar. Dostlarından biri Emin Hüseynov danışıb ki, onunla 10 ildən artıqdır dostluq edib. Emil dosta sədaqətli, etibarlı olub. "Təxminən bir həftə əvvəl görüşdük. Dedi ki, məzuniyyətdəymiş, sabahdan işə çıxır", - Emin deyib.

Dostları hadisə ilə bağlı saytlardan xəbər tutublar:" Hadisəni eşidən kimi Emilə zəng vurub soruşmaq istədim. Digər dostum zəng vurdu ki, şəhid olanlardan biri də Emildir. Onlar şəhidlik zirvəsinə ucaldılar. Bu hər adama qismət olmur".

Həlak olanların ailəsi ilə birgə tanıyanlar da birliyin qarşısında gözləyirlər.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə