Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Hicran Hüseynova helikopterlə Ağdama getməsinə aydınlıq gətirdi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova helikopterlə Ağdamda vətəndaşlarla görüşə getməsi məsələsinə aydınlıq gətirib.

Xeberinmerkezi.az-ın məlumatına görə, o, YAP-ın İcra Katibliyində bildirib ki, Komitənin nə yaxtası, nə təyyarəsi var:

“Bizim qurum ən aşağı büdcəsi olan komitədir. Maşınım xarab olduğu və gec düzələcəyi üçün mən cəbhə zonasında görüşə helikopterlə getmək üçün hərbçilərə zəng etdim. Xahiş etdim ki, reys varsa, məni də özləri ilə aparsınlar.

Çünki məni orada 30-dan çox insan gözləyirdi. Mən hərbi helikopterlə getmişəm. Bu təhlükəli gediş idi. Sərhəd zonasında görüş idi və hər şey ola bilərdi”.

“Qısa müddətdə oraya çatdım, 30-dan çox kişini, 50-dən çox qadını qəbul etdim. Mən oraya nə kefə, nə də kurorta getmişdim”, - deyə H.Hüseynova qeyd edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə