Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Hikmət Hacıyev Türkiyə və Özbəkistandan olan həmkarları ilə görüşdü 


 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə və Özbəkistandan olan həmkarları ilə görüşüb.

Xeberinmerkezi.az xəbər verir ki, H.Hacıyev bununla bağlı "X" hesabında paylaşım edib.

Hikmət Hacıyev qeyd edib ki, Akif Çağatay (Türkiyə) və Əlişir Peyqamovla (Özbəkistan) Almatıda keçirilən Türkdilli Dövlətlər Təşkilatının Diplomatik Müşavirlərinin/Prezident köməkçilərinin görüşü çərçivəsində ölkələrimiz arasında qardaşlıq münasibətlərinin perspektivlərini və qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə edib.

"Türk Dünyası bizim ailəmizdir!", - deyə Prezidentin köməkçisi qeyd edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə