Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Həkim: “Hazırda dünyada və ölkədə virusla bağlı vəziyyət ürəkaçandır”


“COVID-19 virusunun davam etdiyi 3 ilə yaxın bir müddətdə müşahidə edirik ki, dalğalar daha çox qış aylarına təsadüf edir. Ölüm faizinin də yüksəkliyi müşahidə edildi. Hazırda dünyada və ölkədə virusla bağlı vəziyyət ürəkaçandır”.

Xeberinmerkezi.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, bu gün ÜST hələ də COVID-19 pandemiyasının bitməsinə dair məlumat paylaşmayıb:

“Payız-qış mövsümündə hava-damcı yolu ilə keçən respirator xəstəliklər kəskin artır. Qabaqlayıcı tədbirlər məqsədilə karantin müddətinin uzadılması doğru addımdır. Biz əvvəlki dönəmə qayıtmaq istəmirik”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə