Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Həkimdən vaksinin vacib olması ilə bağlı AÇIQLAMA


Son günlər ölkədə koronavirusa yoluxma hallarında qeydə alınan artım cəmiyyətdə bir qədər narahatlıq yaradır.

Lakin, aparılan araşdırmalar və statistik rəqəmlər onu göstərir ki, Azərbaycanda pandemiya ilə mübarizə çərçivəsində aparılan tədbirlər digər ölkələrlə müqayisədə daha efekli olub.

Belə ki, zamanında koronavirusla mübarizə çərçivəsində tətbiq edilən qabaqlayıcı tədbirlər və vaksinasiya məsələsi əhalinin sağlamlığının qorunmasına zəmin yaratdı.

Həkimlər bu gün koronavirusun yeni, mutasiyaya uğramış “Delta” və digər növlərindən qorunmaq üçün vaksinasiyanın önəmli olduğunu bildirirlər.

İnfeksionist Nicat Əzimli Oxu.Az-a açıqlamasında bildirib ki, digər ölkələrlə müqayisədə ölkəmizdə daha qənaətbəxş epidemik vəziyyət olsa da hazırda yoluxma sayı 2000-i ötür:

“Təəssüf ki, bir müddətdir azalma dinamikasına keçə bilmirik. Bu da sizin qeyd etdiyiniz kimi, mübarizəni artırmağı, xüsusilə buster dozaya əhəmiyyət verilməsini zəruri edir”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə