Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verdi

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verib.

Bu barədə yerli KİV-ə açıqlamasında İ.Ağayev özü bildirib.

O deyib ki, öz istəyi ilə ərizə yazaraq, bu vəzifədən gedib: 

“1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin, Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə