Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İdmançımızdan Almaniyada möhtəşəm jest - FOTO


Azərbaycanın üç təkanla tullanma növündə atleti Nazim Babayev Almaniyanın Karlsrue şəhərində qapalı manejdə keçirilən qızıl səviyyəli turnirdə gümüş medal qazanıb.

Xəbərin Mərkəzi.az xəbər verir ki, idmançımız 16,76 metr nəticə göstərib. Çempion 16,79 metr məsafəyə tullanan Andreas Pantazis (Yunanıstan) olub. Bürünc medalı 16,73 metr nəticə göstərmiş Maks Hess (Almaniya) qazanıb.

Fəxri kürsünün ikinci pilləsinə qalxan Babayev qələbəsini maraqlı şəkildə qeyd edib. O, Vətən müharibəsində şəhid olmuş hərbçilərin sayını, həmçinin Milli Qəhrəmanlar – Mübariz İbrahimovla Polad Həşimovun adlarının yazıldığı kağızı əlində tutaraq qalibiyyəti onlara həsr etdiyini göstərib.

Qeyd edək ki, bu, Nazim Babayevin 2022-ci ildə qazandığı ilk medaldır.


Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə