Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İlham Əliyev Türkiyə atletlərini təltif etdi



Cansu Bektaş, Qamze Altun və Nuray Güngör “Tərəqqi” medalı ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən aşağıdakı Türkiyə idmançıları “Tərəqqi” medalı ilə təltif edilirlər:

Cansu Bektaş

Qamze Altun

Nuray Güngör.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə