Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İnanılmaz: dollar 300 rubla qalxdı

Rusiyanın Ukraynaya qarşı müharibəsinin cəmi ikinci həftəsində dolların satışı bəzi banklarda 300 rubla qədər yüksəlib.

Sosial şəbəkələrdə bu faktı əks etdirən bank monitorinqinin məlumatları paylaşılıb.

Qara bazarda isə bir dolların hətta 400 rubla çatdığı iddia edilir.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı yaxın 6 ay ərzində banklara əhaliyə valyuta satmağı qadağan edib.

Rəsmi olaraq isə Rusiya MB sabah üçün dolların kursunu 120,2 rubl elan edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə