İnanıram ki, ölkəmizin yüksəlişinə töhfə verəcəklər - Nazir
İnsan kapitalının inkişafı və kadr potensialının dəyərləndirilməsi baxımından unikal layihə olan “Yüksəliş” müsabiqəsinin son mərhələsidir.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında bildirib.
"Finala yüksəlmiş iştirakçılar peşəkarlıq səriştələrinin hərtərəfli qiymətləndirilməsi, fərdi inkişaf planının tərtib edilməsi ən yaxşı idarəçi rəhbərlər sırasına qoşulmaq imkanı əldə edirlər. İnanıram ki, qaliblərimiz inkişaf üçün yaradılan imkanlardan bəhrələnəcək, ölkəmizin yüksəlişinə töhfə verəcəklər", - o qeyd edib.