Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İran Azərbaycanında anti-erməni etirazları

Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda yaşayan erməni diasporu ilə görüşündə qaldırılan "Qarabağ Ermənistandır" şüarı olan bir plakat İran azərbaycanlıları arasında böyük narazılığa səbəb olub.

Virtualaz.org bildirir ki, buna cavab olaraq bu səhər Təbrizdə naməlum şəxslər Təbriz ermənilərinin "Ararat" futbol klubunun divarlarına "Qarabağ Azərbaycanın tərkib hissəsidir" şüarları yazıblar. Maraqlıdır ki, şüar latın əlifbası ilə yazılıb.

Bundan əlavə, cümə namazı zamanı azərbaycanlıların etirazlarından ehtiyat edərək, Təbrizdə Əli Xameneinin "Qarabağ İslam torpağıdır" plakatları asılıb.

İran xüsusi xidmət orqanlarının nümayəndələri həm də ondan narahat olublar ki, Təbrizdə on minlərlə azərbaycanlı öz sevimli futbol klubu “Traktorsazi”nin İsfahanın "Sepahan" klubuna qarşı oyununu izləmək üçün stadiona toplaşcaq.

Artıq stadiondan gələn və minlərlə azarkeşin oyundan əvvəl "Qarabağ bizimdir, bizim olacaq!” şüarını səsləndirdikləri videolar sosial şəbəkələrdə yayılıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə